İDMAN


Azərbaycanın U-19 komandası monteneqrolu həmyaşıdlarına məğlub olub

Bakı, 4 oktyabr, AZƏRTAC

On doqquz yaşadək qız futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda Monteneqro yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub.

Millimizin heyətində 17-ci dəqiqədə Edanur Mutlu fərqlənib.

Komandamız qrup mərhələsində növbəti oyununu oktyabrın 7-də Kipr yığmasına qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.