İDMAN
Azərbaycanın U-19 komandası norveçli həmyaşıdları ilə qarşılaşacaq
Bakı, 9 oktyabr, AZƏRTAC
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Çexiyanın Frydek-Mistek şəhərindəki Stovky stadionunda saat 17:00-da başlayacaq oyunda komandamız Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Oyunu xorvatiyalı baş hakim Fran Joviç idarə edəcək. Ona həmyerlisi Hrvoje Radiç və çexiyalı Radim Dresler kömək edəcəklər. Dördüncü hakim funksiyasını Jan Petrik (Çexiya) yerinə yetirəcək.
Yığmamız oktyabrın 12-də Çexiya, üç gün sonra isə San-Marinonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.