İDMAN


Azərbaycanın U-19 millisi Antalyada dörd yoxlama oyunu keçirəcək

Bakı, 18 yanvar, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yanvarın 19-dan 31-dək Antalyada təlim-məşq toplanışında olacaq.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, hazırlıq zamanı 4 yoxlama oyunu keçirəcək yığmamız yanvarın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq “Krasnodar-3” (Rusiya), Küveyt U-19, “Tromso” (Norveç) və “Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.