İDMAN


Azərbaycanın U-19 millisi ispaniyalı həmyaşıdları ilə qarşılaşacaq

Bakı, 12 fevral, AZƏRTAC

Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk yoxlama oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, yığmamız ispaniyalı həmyaşıdları ilə qarşılaşacaq.

Yığmamızın oyun üçün heyəti açıqlanıb. Heyətdə Nicat Mehbaliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Elnur İbrahimov, Vüsal Məsimov, Turan Vəlizadə, Şakir Seyidov, Kamran Quliyev, Elvin Cəfərquliyev, Tural Bayramov və Musa Qurbanlı yer alıblar.

Qeyd edək ki, yığmamız Avropa çempionatının elit-raund mərhələsində İrlandiya, Rusiya və Rumıniya komandaları ilə eyni qrupda mübarizə aparacaq. Elit-raundun oyunları martın 20-dən 26-dək Rusiyada keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.