İDMAN


Azərbaycanın U-19 millisi ispaniyalı həmyaşıdları ilə qarşılaşıb

Bakı, 13 fevral, AZƏRTAC

Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, ispaniyalı həmyaşıdları ilə qarşılaşan millimiz 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yığmamız Avropa çempionatının elit-raund mərhələsində İrlandiya, Rusiya və Rumıniya komandaları ilə eyni qrupda mübarizə aparacaq. Elit-raundun oyunları martın 20-dən 26-dək Rusiyada keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.