İDMAN


Azərbaycanın U-19 millisinin Bakıda təlim-məşq toplanışı başlayıb

Bakı, 6 fevral, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının fevralın 6-dan 9-dək Bakıda, ayın 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesi çərçivəsində yığmamız fevralın 12-də İspaniyanın, 2 gün sonra “Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, millimizin təlim-məşq toplanışında Nicat Mehbaliyev (“Qarabağ”), Nail Alışov (“Neftçi”), Əkbər Vəliyev (“Keşlə”), Elnur İbrahimov (“Spartak-2”, Rusiya), İbrahim Hüseynov (“Qarabağ”), Zahid Mərdanov (“Sabah”), Rauf Hüseynli (“Qarabağ”), Rüstəm Nuriyev, Vüsal Məsimov (hər ikisi “Qəbələ”), Zamiq Əliyev (“Qarabağ”), Şakir Seyidov (“Sabah”), İdris İnqilablı (“Qəbələ”), Turan Vəlizadə

(“Neftçi”), Maksim Bayramov (“Bielefeld”, Almaniya), Tural Bayramov, Elvin Cəfərquliyev

(hər ikisi “Qarabağ”), Murad Mahmudov (“FSV Frankfurt”, Almaniya), Kamran Quliyev

(“Jonova”, Litva), Musa Qurbanlı (“Qarabağ”) və Emil Qasımov (“Sabah”) iştirak edirlər.

Qeyd edək ki, Murad Mahmudov və Maksim Bayramov komandanın düşərgəsinə fevralın 10-da qoşulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.