İDMAN
Azərbaycanın U-21 komandası Fransadadır
Bakı, 8 oktyabr, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Fransadadır.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Milan Obradoviçin komandası Heydər Əliyev Beynəlxalq Aeroportundan Parisə uçub.
Səfərə 23 futbolçu ilə çıxan Azərbaycan millisi oktyabrın 10-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kale şəhərindəki “Stade de l'Épopée”də Fransa yığmasının qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Azərbaycan millisinin heyətində Kamran İbrahimov (“Neftçi”), Şahin Zəkiyev (“Keşlə”), Nicat Mehbalıyev (“Sumqayıt”), Amin Seydiyev (“Qəbələ”), Turan Manafov (“Səbail”), Murad Qayalı (“Keşlə”), Nihad Tamazov (“Qarabağ”), Anton Krivotsyuk (“Neftçi”), Elçin Mustafayev (“Sabah”), Hüseyn Seyliğli (“Darica Genclerbirliyi”, Türkiyə), Rafael Məhərrəmli (“Zirə”), Hacıağa Hacılı (“Qarabağ”), Fərid Nəbiyev (“Slaviya Praqa”, Çexiya), Barış Ekincier (“Austria Klagenfurt”, Avstriya), Rövlan Muradov (“Qəbələ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Tural Bayramlı (“Keşlə”), Şakir Seyidov (“Sabah”), İsmayıl İbrahimli (“Qarabağ”), Elvin Cəfərquliyev (“Sumqayıt”), Ozan Can Kökcü (“Sabah”), Süleyman Əhmədov (“Sumqayıt”) və Doğukan Öksüz (“Eyüpspor”, Türkiyə) yer alıblar.