İDMAN


Azərbaycanın U-21 komandası bu gün Finlandiya yığması ilə qarşılaşacaq

Bakı, 8 oktyabr, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Finlandiya yığması ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək oyun “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Saat 20:30-da start götürəcək qarşılaşmanı Belarusdan olan baş hakim Viktor Şimuşik idarə edəcək. Ona həmyerlisi Anton Gusev və Kemal Yılmaz (Türkiyə) kömək edəcəklər. Dördüncü hakim funksiyasını belaruslu Vitali Sevostyanik yerinə yetirəcək.

Azərbaycan millisi qrupda keçirdiyi ilk iki görüşdə Xorvatiya (0:2) və Avstriya (0:6) yığmalarına məğlub olub.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.