İDMAN


Azərbaycanın U-21 millisi İsveçrə yığması ilə qarşılaşacaq

Bakı, 12 noyabr, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandası bu gün sonuncu oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, komandamız Tyun şəhərindəki “Tyun Arena”da İsveçrə yığması ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kaspar Sjöberg olacaq. Ona Peter Magnusson və Maks Robin Vilde kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Volf yerinə yetirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.