MƏDƏNİYYƏT


Azərbaycanın Xalq Artisti Yusif Eyvazov Berlin səhnəsində çıxış edib

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycanın Xalq Artisti Yusif Eyvazov və Rusiyanın Xalq Artisti Anna Netrebko Berlində, Ştaatsoper teatrının səhnəsində çıxış ediblər.

AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, Yusif Eyvazov Alvis Hermanisin quruluşunda Cakomo Puççininin “Toska” operasında debüt edib. Anna Netrebko isə Harri Kupferin quruluşunda Cüzeppe Verdinin “Makbet” operasında çıxış edib.

Anna Netrebko (dramatik soprano) müasir opera səhnəsinin primadonnası, Rusiya Dövlət mükafatı laureatıdır. O, ilk klassik musiqiçidir ki, “Time Magazine”in reytinqinə - ən nüfuzlu insanların “Time-100”lüyünə daxildir. A.Netrebko Londonda “International Opera Awards” mərasimində 2017-ci ilin ən yaxşı müğənnisi adını qazanıb. “Forbes” jurnalının 2017-ci ildə Rusiyanın ən çox gəlir əldə edən musiqiçilərin reytinqində Anna Netrebko lider olub.

Dramatik tenor səsə malik, beynəlxalq müsabiqələr laureatı Yusif Eyvazov, həmçinin Canandrea Qavatseni fəxri medalına layiq görülüb. O, Milanın “La Skala” və Monte-Karlo Kral operalarının kollektivi ilə birlikdə dünya səhnələrini fəth edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.