MƏDƏNİYYƏT


Azərbaycanın Xalq artisti Emin Ağalarov Daşkənddə konsert proqramı ilə çıxış edib

Daşkənd, 9 mart, АZƏRTAC

Azərbaycanın Xalq artisti Emin Ağalarov Daşkənddə “Drujba Narodov” salonunda solo konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsertdə Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, tanınmış müğənnilər, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Xalq artisti konsertdə öz bəstələrini, dünya və rus bəstəkarlarının mahnılarını müxtəlif dillərdə ifa edib. O, repertuarında SSRİ Xalq artisti Müslüm Maqomayevin mahnılarına xüsusi yer ayırıb. Dörd min nəfərlik konsert salonu dolu olub və konsert anşlaqla keçib.

Konsertin sonunda Emin Ağalarov deyib ki, Özbəkistana birinci gəlişidir, özbək publikasını çox sevdiyindən bir ildən sonra yenidən Daşkəndə gələcəyinə söz verib.

Özbəkistan mətbuatı Emin Ağalarovun Daşkənddə konsert proqramı ilə çıxış etməsini ölkənin mədəni həyatında hadisə adlandırıb.

Səfər çərçivəsində Xalq artisti Daşkəndin görməli yerlərini gəzib, “Ezqu amal” Xeyriyyə Fondunda olub, uşaqlara hədiyyələr bağışlayıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.