MƏDƏNİYYƏT


Azərbaycanın Xalq artisti Rusiya telekanalının “Fəaliyyətdə olan şəxslər” verilişinin qonağı olub VİDEO

Moskva, 21 yanvar, AZƏRTAC

Rusiyada tanınmış azərbaycanlı jurnalist Nailə Əsgərzadənin “Fəaliyyətdə olan şəxslər” (“Действующие лица”) verilişinin növbəti qonaqları Rusiyanın Xalq artisti, Azərbaycanın “Dostluq” ordeninin sahibi Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazov olub.

AZƏRTAC xəbər verir ki, “Rossiya 1” kanalında yayımlanan verilişdə klassik musiqi dünyasının iki məşhur nümayəndəsi yaradıcılıqları, şəxsi həyatları, gələcək planları barədə danışıblar.

Nailə Əsgərzadə özünün İnstagram səhifəsində verilişin anonsunun mətnini rus və Azərbaycan dillərində yerləşdirib. Jurnalist yazır ki, iki dünya miqyaslı ulduzla veriliş hazırladığına hələ də inana bilmir. “Populyar olmaqlarına baxmayaraq, ünsiyyətdə səmimi, xoş və gülərüzdürlər. Yusif isə bakılılara xas incə yumoru ilə çəkiliş qrupumuzu dəfələrlə gülməyə vadar edib. Xatırladım ki, Yusif Eyvazov keçən il Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb”, - deyə jurnalist bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.