SİYASƏT


Azərbaycanın Xarici İşlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Bratislava, 5 dekabr, AZƏRTAC

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bratislavada keçirilən 26-cı Nazirlər Şurası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov həmsöhbətini ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında baş tutmuş son görüş barəsində məlumatlandırıb. O, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin və bu xüsusda, Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxardılmasının və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının vacibliyini vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.