SİYASƏT


Azərbaycanın Xarici İşlər naziri Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı nazir Azərbaycanın mövqeyi barədə məlumat verərək, Ermənistanın destruktiv əməlləri, mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığı, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi və müharibə cinayətlərinin törədildiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Daha sonra ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında görüş başlayıb. Görüş hazırda davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.