SİYASƏT


Azərbaycanın Xarici İşlər naziri Nyu-Yorkda yunanıstanlı həmkarı ilə görüşüb VİDEO

Nyu-York, 28 sentyabr, AZƏRTAC

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə görüşüb.

Görüşdə öncə Elmar Məmmədyarov yeni hökumətin seçilməsi münasibətilə yunan həmkarını təbrik edib.

O, nazir N.Dendiasa Azərbaycan Respublikasının Yunanıstana yeni səfirinin təyin olunduğu barədə məlumat verib.

Görüşdə nazirlər Azərbaycan ilə Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar. Tərəflər arasında, xüsusilə qeyri-neft sektoru və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi müzakirə edilib.

Bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və infrastruktur layihələri, xüsusilə də Avropanın enerji siyasətinin mühüm komponenti olan Cənubi Qaz Dəhlizi üzrə fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Yunanıstan Xarici İşlər nazirini Azərbaycana səfərə dəvət edib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.