SİYASƏT


Azərbaycanın Xarici İşlər naziri ilə Şimali Makedoniya Respublikasının Baş Naziri arasında görüş olub VİDEO

Nyu-York, 24 sentyabr, AZƏRTAC

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Şimali Makedoniya Respublikasının Baş Naziri Zoran Zaev ilə Nyu-Yorkda, BMT-nin Baş Assambleyasının 74-cü sessiya çərçivəsində görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə hər iki ölkə arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə olunub. Həmçinin Azərbaycan-Şimali Makedoniya Respublikası arasında davamlı siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, eləcə də humanitar əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunulub.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri haqqında fikir mübadiləsi aparan tərəflər, enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.