SİYASƏT


Azərbaycanın Xarici İşlər naziri macarıstanlı həmkarı ilə görüşüb

Bakı, 14 oktyabr, AZƏRTAC 

Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirlərinin Bakıda keçirilən 7-ci iclası çərçivəsində Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Syarto ilə görüşüb.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

Macarıstanın Türk Şurasında müşahidəçi statusunun və bu yaxınlarda TDƏŞ-in Budapeştdə Nümayəndəliyinin açılmasının Macarıstanla türkdilli ölkələr arasında mövcud bağların daha da möhkəmləndirilməsinə xidmət edəcəyi qeyd olunub.

Sonra Elmar Məmmədyarov Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların cari vəziyyəti ilə bağlı həmkarının suallarını cavablandırıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, xüsusilə də Suriya münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.