SİYASƏT
Azərbaycanın Xarici İşlər naziri türkiyəli həmkarı ilə bölgədəki son vəziyyətə dair fikir mübadiləsi aparıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu nazirlər tərəfindən vurğulanıb.