REGİONLAR


Azərbaycanın Xəzər sahili əraziləri ciddi nəzarətdə saxlanılacaqdır

Bakı, 5 mart (AZƏRTAC). Bir sıra kütləvi informasiya vasitələrində İran İslam Respublikasının Mazandaran əyalətinin Xəzər dənizi sahillərində kefal balıqlarının ölüm hallarının günbəgün artması, balıqların virusa yoluxması və aşkarlanan xəstəliyin həm insan, həm də heyvanlar üçün təhlükəli olması barədə məlumatlar yer almışdır.

Həmin məlumatlara istinad edən Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi respublikanın Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə Dövlət Baytarlıq Xidmətinə (DBX) göstəriş vermişdir.

Bu barədə AZƏRTAC-a DBX-nin mətbuat mərkəzindən məlumat vermişlər. Məlumatda bildirilir ki, həmin göstərişə əsasən ölkəmizin Xəzər dənizi sahili rayonlarının baytarlıq idarələri müvafiq ərazilərdə monitorinq keçirəcək, ölmüş və yaxud xəstə balıqlar aşkar olunduğu təqdirdə onlardan nümunələr götürülərək müayinə üçün respublika baytarlıq laboratoriyasına göndəriləcəkdir. Ümumiyyətlə, dəniz sahili ərazilər ciddi nəzarətdə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.