İQTİSADİYYAT


Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə keçidi tranzit daşımalarında Avropa və Asiya məkanını birləşdirəcək

Bakı, 14 yanvar, Elvin Camalov, AZƏRTAC

Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə keçidi tranzit daşımalarında Avropa və Asiya məkanını birləşdirəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə görüşdə deyib.

O bildirib ki, Azərbaycanın gömrük sahəsində atdığı addımları təqdirəlayiqdir: “Azərbaycan gömrük xidmətinin cəmi 27 yaşı olmasına baxmayaraq çox uğurlu işlər görüb və bunlar digər üzv ölkələr üçün nümunədir. Həmçinin Azərbaycan tranzit əhəmiyyətli ölkə olduğu üçün tranzit yükləri sahəsində də mühüm addımlar atır. Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə keçidi tranzit daşımalarında Avropa və Asiya məkanını birləşdirəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.