SİYASƏT
Azərbaycanın Zəfər Günü Budapeştdə də qeyd olunub VİDEO
Budapeşt, 9 noyabr, AZƏRTAC
Macarıstandakı Azərbaycan Evində Zəfər Günü ilə bağlı konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirələrinin yad edilməsi ilə başlayıb. Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli qonaqları salamlayaraq bu qürurlu günün önəmi haqqında öz fikirlərini bölüşüb. Daha sonra Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxış edərək Zəfər Günü münasibətilə qonaqları təbrik edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun tarix yazdığını vurğulayıb.
Tədbir daha sonra H.Sarabski adına musiqi məktəbinin şagirdləri Camal Əliyev, Fərəh Əliyeva, Cəmilə Rəhimova və Nuray Quliyevanın bir-birindən gözəl ifaları ilə davam edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt