CƏMİYYƏT


Azərbaycanın Zəfər Günü münasibətilə Hindistanda tədbir təşkil olunacaq

Bakı, 28 oktyabr, AZƏRTAC

Milli Məclisin deputatı, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Naqif Həmzəyev oktyabrın 28-dən 31-dək Dehli şəhərində səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, deputat ölkəmizin Hindistandakı səfirliyi və Hindistan Gənc Liderlər Konfederasiyası tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Vətən müharibəsində qazanılan Qələbənin ildönümü münasibətilə təşkil olunmuş tədbirə qatılacaq. Oktyabrın 29-da keçiriləcək tədbirdə Hindistanın dövlət qurumlarının nümayəndələri, parlamentin üzvləri, ictimai fəallar və KİV nümayəndələri iştirak edəcəklər.

Səfər çərçivəsində Naqif Həmzəyevin Hindistan parlamentində bir sıra görüşləri də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.