İDMAN


Azərbaycanın akrobatika gimnastikası üzrə millisi Sankt-Peterburqda 3 medal qazanıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Sankt-Peterburqda akrobatika gimnastikası üzrə beynəlxalq turnir keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, idmançılarımız turniri 3 medalla başa vurublar. Belə ki, beynəlxalq arenada ilk addımlarını atan qarışıq cütlüyümüz Samirə Rüstəmova və Rauf Cabbarovun (11-16 yaş kateqoriyası) çıxışları 80.800 xalla dəyərləndirilib və bununla da onlar gümüş medal qazanıblar.

Turnirdə 13-19 yaş kateqoriyasında mübarizə aparan kişi cütlüyümüz Murad Rəfiyev və Daniel Abbasov da komanda yoldaşlarından geri qalmayaraq, uğurlu çıxışları ilə gümüş medala (83.360 xal) layiq görülüblər.

Komandamızın hesabına növbəti gümüş medalı isə 12-18 yaş kateqoriyasında mübarizə aparan Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz yazdırıb. Qızlarımız 82.850 xal toplayaraq fəxri kürsünün 2-ci pilləsində qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.