İDMAN


Azərbaycanın atletləri XXV Balkan çempionatında iştirak edəcəklər

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 15-də Azərbaycanın gənc atletləri İstanbulda keçiriləcək XXV Balkan çempionatında iştirak edəcəklər.

Azərbaycan Atletika Federasiyasının baş katibinin müavini Kənan Məhərrəmov AZƏRTAC-a bildirib ki, turnirdə ölkəmizi İlham Abışov, Anna Yusupova, Rahim Məmmədov, Yelena Pextireva, Yekaterina Sarıyeva, Nazim Babayev və Rüstəm Məmmədov təmsil edəcəklər.

İdmançılarımız turnirdə qaçış (60 m, 3000 m) və tullanma (üçtəkanla, uzunluğa) yarışlarında mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdə atletlərimiz federasiyanın baş katibi Məhərrəm Sultanzadənin rəhbərliyi ilə mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.