İQTİSADİYYAT


Azərbaycanın bank sektorunun nümayəndələri üçün vebinar təşkil olunub

Bakı, 25 noyabr, AZƏRTAC

Türkiyədə “Bankların yığım məhsulları üzrə təcrübəsi” adlı vebinar keçirilib. Vebinar Türkiyə Banklar Birliyinin təşkilati dəstəyi ilə Azərbaycan bank sektorunun və requlyatorun nümayəndələri üçün təşkil olunub.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, vebinarın təqdimatı professor Sadi Uzunoğlu tərəfindən həyata keçirilib.

Qeyd edək ki, 31 oktyabr - Beynəlxalq Əmanət Günü, həmçinin noyabr ayı Maliyyə Savadlılığı ayıdır. Bununla əlaqədar olaraq, Azərbaycan Mərkəzi Bankı, ABA, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı və digər tərəfdaşların dəstəyi ilə müxtəlif tədbirlər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.