İDMAN


Azərbaycanın basketbol üzrə U-18 komandası Avropa çempionatında bürünc medal qazanıb

Bakı, 31 iyul, AZƏRTAC

San-Marinoda gənc basketbolçular arasında təşkil olunan Avropa çempionatının C divizionunda mübarizə aparan Azərbaycanın U-18 komandası üçüncü olub.

AZƏRTAC xəbər verir ki, bürünc medal uğrunda görüşdə millimiz qrupda məğlub etdiyi Lüksemburq seçməsi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə yığmamız qalib gəlməyi bacarıb. Əlavə vaxtın ayrıldığı oyunda Tahir Baxşıyev və Anar Sarıyevin yetirmələri yekunda 78:73 hesabı ilə parketdən qalib ayrılaraq Avropa çempionatının bürünc medalına sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.