İDMAN


Azərbaycanın boks yığması Millətlər kubokunda iştirak edəcək

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 11-14-də Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kuboku keçiriləcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 6-cı dəfə təşkil olunacaq yarışda Azərbaycan millisi məşqçi Ağası Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq.

O, Vrbasda Bilal Nəzərov, Faiq Mollayev (hər ikisi 46 kq), Vaqif Hacıyev, Tağı Nəsibov (hər ikisi 50 kq), Məhəmmədəli Aşırəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Məhəmməd Quliyev (63 kq), Ziya Həsənov (66 kq) və Ayxan Əliyevə (70 kq) şans verəcək.

Serbiyaya bu gün yollanan komanda Bakıya avqustun 15-də dönəcək.

Qeyd edək ki, turnirin püşkü avqustun 10-da atılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.