İQTİSADİYYAT


Azərbaycanın boru kəmərləri ilə təbii qaz ticarəti 8,9 milyard kubmetr olub

Azərbaycanın boru kəmərləri ilə təbii qaz ticarəti 8,9 milyard kubmetr olub

Bakı, 20 iyun, Nihad Budaqov, AZƏRTAC 

Keçən il Azərbaycanın boru kəmərləri ilə təbii qaz ticarəti 8,9 milyard kubmetr təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin illik statistik hesabatında deyilir. Bildirilir ki, bu həcmin 6,3 milyard kubmetri Türkiyəyə, 2,1 milyard kubmetri Avropanın qalan hissəsinə, təxminən 0,6 milyard kubmetri isə Orta Şərqə göndərilib.

Boru kəmərləri ilə illik qaz ticarətinə görə dünyada ilk sırada 215,4 milyard kubmetrlə Rusiya, ikinci yerdə 109,4 milyard kubmetr ilə Norveç, üçüncü sırada isə 80,7 milyard kubmetrlə Kanada qərarlaşıb. Hesabata görə, boru kəmərləri ilə qaz ixracı ən az olan ölkə 4,4 milyard kubmetrlə Liviyadır.

Keçən il boru kəməri ilə qlobal qaz ticarəti 740,7 milyard kubmetr olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.