İQTİSADİYYAT


Azərbaycanın bu il ən çox məhsul aldığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin adları açıqlanıb

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycanın yanvar-mart aylarında ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Malayziya qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Türkiyədən idxalın dəyəri 378 milyon 886 min ABŞ dolları, İrandan 95 milyon 999 min, Malayziyadan isə 17 milyon 442 min dollar təşkil edib.

Azərbaycan 2020-ci ilin eyni dövrünə nisbətən Türkiyədən idxalı azaldıb, İran və Malayziyadan isə artırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.