İQTİSADİYYAT


Azərbaycanın bu il qonşu ölkələrə ixrac etdiyi elektrik enerjisinin həcmi açıqlanıb

Bakı, 17 iyun, AZƏRTAC

Yanvar-may aylarda ölkə üzrə elektrik enerjisinin ixracı 569,9 milyon kilovat/saat təşkil edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrünə nisbətən ixrac 47,7 milyon kilovat/saat artıb. İrana 14,4 milyon kilovat/saat, Türkiyəyə 12,7 milyon kilovat/saat, Rusiyaya 39,4 milyon kilovat/saat, Gürcüstana isə 503,4 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub.

Beş ay ərzində elektrik enerjisinin idxalı 76,6 milyon kilovat/saat olub. İrandan 14,4 milyon kilovat/saat, Rusiyadan 39,3 milyon kilovat/saat, Gürcüstandan isə 22,9 milyon kilovat/saat elektrik enerjisi idxal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.