Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın bütün şəhərlərinin tarixi siması qorunmaqla infrastrukturu yenidən qurulur, müasirləşdirilir, inkişaf etdirilir

Azərbaycanın bütün şəhərlərinin tarixi siması qorunmaqla infrastrukturu yenidən qurulur, müasirləşdirilir, inkişaf etdirilir

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari il iyunun 27-də Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışı zamanı olduqca vacib məsələlərə toxunaraq dünyaya önəmli mesajlar verib. Dövlətimizin başçısı beynəlxalq tribunalardakı çıxışları zamanı hər zaman fundamental məsələlərin müzakirəsi, birgə fikir mübadiləsi əsasında qarşılıqlı maraq doğuran və dünyadakı stabilliyi, inkişafı şərtləndirən amilləri prioritet olaraq qiymətləndirib. Bu istiqamətlərdə dünya birliyinin həmrəyliyinin vacibliyini önə çəkərək dövlətləri qarşılıqlı əməkdaşlığa dəvət edib, dünyanın təhlükəsizliyinə təhdid yaradan istənilən problemlərin məhz danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Prezidentinin çıxışları və qətiyyətli səyləri sayəsində bir çox problemlərin öz həllini tapdığının, dövlətlərarası dialoqun bərpa edildiyinin şahidi oluruq.

Bu sözləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov AZƏRTAC-a açıqlamasında bildirib.

Dövlətimizin başçısının forumdakı çıxışına toxunan Vüsar İsmayılovun sözlərinə görə 2022-ci il Azərbaycan üçün əhəmiyyətli və inkişaf göstəricilərinin yüksək olduğu illərdən biri olub. 2022-ci il işğaldan azad etdiyimiz ərazilərimizin dirçəldilməsi ili kimi tariximizdə önəmli yer tutur, həmin torpaqlarımız yenidən qurulur, inkişaf etdirilir, əvvəlki görkəminə qaytarılır. Bu hadisələrin xalqımızın tarixində əvəzsiz yeri var. Çünki Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ürəkağrısı ilə qeyd edirik ki, işğalçı və terrorçu mahiyyətini öz cılız siyasəti və nankor əməlləri ilə sübut edən Ermənistan bir an belə olsa bu çirkin mahiyyətindən əl çəkməyib, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı misli görünməmiş vandalizm aktları törədib. Qədim tarixi, əsrlərlə yaşı olan şəhər və kəndlərimizi qəsdən dağıdaraq, xalqımızın tarixi irsini özündə əks etdirən izlərin silinməsinə kobud cəhdlər edilib. Hər bir tarixi, mədəni və dini abidəni talan edərək həmin ərazilərin tarixini saxtalaşdırmağa, süni şəkildə erməniləşdirməyə çalışıblar. Azərbaycan xalqının heysiyyətinə toxunaraq, məscidlərimizdə heyvan saxlayaraq, ümumilikdə İslam aləmini təhqir edib, insanların inanclarına qarşı vəhşi münasibət sərgiləyiblər”.

Partiyanın rayon təşkilatının sədrinin fikrinə əsasən faktlar onu deməyə əsas verir ki, Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Həmin ərazilərə səfər edən xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri həmin faktları gözləri ilə görüblər və dağıntıların tam miqyasını sənədləşdiriblər. Dünyanın əksər ölkələri ermənilərin etnik təmizləmə, soyqırımı, işğalçı, talançı əməllərinə illər boyu birmənalı və sərt mövqe bildirməyiblər. Bu əməllərin qarşısının alması üçün heç bir təzyiq göstərilməyib. Dünya bu cür əməlləri ifşa etməli və dur deməlidir. Sözdə dövlətlərin və xalqların təhlükəsizliyinin, tarixi irsinin qorunub-saxlanılmasının, əməkdaşlığının, eləcə də dünyada sivilizasiya mühitinin formalaşdırılmasının tərəfdarı kimi çıxış edən hər bir ölkə və beynəlxalq təsisat əməldə də bu məsələlərdə qətiyyətli mövqe bildirməlidir. Azərbaycan bu istiqamətdə hər zaman obyektiv olub və dünya ictimaiyyətinin nümayəndələrini işğaldan azad edilmiş ərazilərə dəfələrlə dəvət edərək, onları oradakı dağıntılarla yerindəcə tanış olmağa çağırıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirdiyini vurğulayan V.İsmayılov deyib: “Məcburi köçkünlərin 30 illik həsrətindən sonra öz yurd-yuvalarına ən qısa zamanda geri qayıtması üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında dünyanın ən müasir kəndlərindən biri olan Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edilib, istifadəyə verilib. Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Ağdam Sənaye Parkı fəaliyyət göstərir”.

YAP Binəqədi rayon təşkilatının sədri açıqlamasında onu da vurğulayıb ki, təkcə işğaldan azad edilmiş şəhər və kəndlərimiz deyil, ölkəmizin bütün şəhərləri öz tarixi görkəmi və irsi qorunmaqla yenidən qurulur, müasirləşdirilir və inkişaf etdirilir. Bu gün Azərbaycanın şəhərləri öz gözəlliyi, rahatlığı və mövcud şəraiti ilə dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. Yenidənqurma prosesində ölkəmizin hədəfi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq keyfiyyət və sürəti birləşdirməkdir. Paytaxt Bakının və digər şəhərlərimizin tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub.

“Azərbaycan istər işğal zamanı, istərsə də postmüharibə dövründə sülhün tərəfdarı olduğunu əməli addımları ilə sübut edib. Ermənistanın 30 illik işğalına baxmayaraq Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsinin təşəbbüskarı qismində çıxış edir. Bu müqavilənin imzalanması bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Ermənistan öz üzərinə götürdüyü öhdəliklərin məsuliyyətini dərindən dərk etməli və birmənalı olaraq yerinə yetirməlidir. Yalnız belə olacağı təqdirdə regionda davamlı tərəqqidən danışmaq olar və bütün şəhər və kəndlərimiz daha da gözəlləşər, abadlaşar. Təkcə Azərbaycan üçün deyil, biz bütün region və dünya üçün sülh arzulayırıq”, – deyə Vüsar İsmayılov açıqlamasının sonunda bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir