İDMAN


Azərbaycanın cüdo hakimi "A" kateqoriyalı yüksək hakimlik lisenziyası əldə edib

Bakı, 17 may, AZƏRTAC

Beynəlxalq Cüdo Federasiyası (IJF) Qazaxıstanın Almatı şəhərində hakimlər üçün seminar və cüdo idman növü üzrə ən yüksək hakimlik dərəcəsi olan "A" kateqoriyalı beynəlxalq dərəcənin alınması üçün imtahan keçirib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-a bildiriblər ki, seminar və imtahanda 13 ölkənin nümayəndələri, o cümlədən, ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli iştirak edib.

İlk iki gün ərzində iştirakçılar hakimlərin yarışları dəqiq və səmərəli idarə etmələri üçün əyani vəsait kimi çoxsaylı video materiallarla tanış olublar. Daha sonra ədalət təmsilçiləri təlimin nəzəri hissəsinə dair imtahan veriblər.

Ardınca onlar mayın 13-15-də Almatı şəhərində baş tutan yeniyetmələrin və gənclərin Asiya kubokunda görüşləri idarə edərək praktiki imtahan veriblər. Hər iki imtahanı yüksək nəticə ilə keçən Mətin Rəhimli "A" kateqoriyalı yüksək hakimlik lisenziyası əldə edib.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan təmsilçisi "A" kateqoriyalı hakimlik lisenziyasına 2014-cü ildə layiq görülüb. Beləliklə, 8 ildən sonra ilk dəfədir ki, cüdo idman növü üzrə ən yüksək hakimlik dərəcəsi qazanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.