İDMAN


Azərbaycanın daha bir boksçusu ikinci Avropa Oyunlarının dörddəbir finalında iştirak hüququ qazanıb

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də - “Minsk 2019”un beşinci günündə Azərbaycanın daha bir boksçusu dörddəbir finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, oyunlarda 81 kiloqram çəki dərəcəsində yarışan Loren Alfonso Domingez (81 kq) Belarus boksçusu Mixail Dauqaliavets ilə qarşılaşıb. Təmsilçimiz 5:0 hesabı ilə qalib gələrək dörddəbir finala vəsiqəni təmin edib. Bu mərhələdə onun rəqibi Belçika təmsilçisi Ziyad El Mohor olacaq. Boksçumuz onaltıdabir finalda ukraynalı Stepan Hrekula qalib gəlmişdi – 3:0.

Xatırladaq ki, bu gün üç boksçumuz mübarizəyə qoşulub. Səkkizdəbir finalda Moldova təmsilçisi Dorin Buksanı məğlub edən Cavid Çələbiyev (60 kq) də dörddəbir finala yüksəlib.

Rüfət Hüseynov (49 kq) isə yarımfinala vəsiqə uğrunda görüşdə italiyalı Federiko Serra ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.