İDMAN


Azərbaycanın daha bir sərbəst güləşçisi V İslam Həmrəyliyi Oyunlarında yarımfinala adlayıb

Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC

Azərbaycanın daha iki sərbəst güləşçisi V İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə əldə ediblər.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Konya şəhərində təşkil olunan bu mötəbər yarışda İslam Bazarqanov (61 kq) pakistanlı Məhəmməd Bilala 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Komandamızın digər üzvü Hacımurad Ömərov (79 kq) yarımfinal uğrunda döyüşdə özbəkistanlı Arslan Budajapovu sonuncu xal prinsipinə əsasən (4:4) məğlub edərək növbəti mərhələyə adlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.