İDMAN


Azərbaycanın daha iki cüdoçusu "Böyük dəbilqə" turnirində medal qazanıb

Bakı, 12 may, Leyla Qurbanova, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə" beynəlxalq turnirinin son günündə daha iki cüdoçumuz medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Məmmədəli Mehdiyev (90 kq) finalda serbiyalı Nemanja Majdova məğlub olaraq gümüş medalla kifayətlənib.

Digər idmançımız Zelim Kotsoyev (100 kq) isə bürünc medal uğrunda döyüşdə monqolustanlı Ottonbator Lxaqvasurenə qalib gəlib.

Bununla da komandamızın Bakı turnirində qazandığı medalların sayı 6-ya çatıb.

Turnirdə 57 ölkədən 450-yə yaxın cüdoçu mübarizə aparır. Millimiz turnirə 43 idmançı (28 oğlan, 15 qız) ilə qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.