CƏMİYYƏT


Azərbaycanın daxili işlər naziri Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Cahit Bağcı ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təyinatı münasibətilə səfiri təbrik edən nazir ona dəyərli fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan ilə Türkiyə arasında əlaqələrin gündən-günə genişləndiyini, dövlətlərimizin başçılarının əməkdaşlığın bütün sahələrdə ən yüksək səviyyədə inkişafına böyük önəm verdiklərini diqqətə çatdırıb, eyni zamanda son illər hər iki ölkənin Daxili İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində əldə etdikləri önəmli nəticələr barədə məlumat verib.

General-polkovnik Vilayət Eyvazov Azərbaycan polisinin, Daxili Qoşunların səmərəli fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq-mühafizə orqanı kimi öz yerini tutduğunu məmnunluqla qeyd edib. Bütün bu nailiyyətlərdə Türkiyə polisinin və Jandarm Qüvvələrinin də xüsusi rolunun, xidmətinin olduğunu nəzərə çatdıran nazir buna görə Türkiyə Daxili İşlər Nazirliyinin, Türkiyə Baş Polis İdarəsinin, o cümlədən Jandarm Qüvvələrinin kollektivinə təşəkkürünü bildirib.

Səmimi görüşə və təbrikə görə dərin minnətdarlığını bildirən səfir Cahit Bağcı Azərbaycanın bütün sahələrdə sürətli inkişafından məmnun olduğunu nəzərə çatdıraraq, dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.