Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın “dəmir yumruğu” Ermənistana təslim olmaqdan başqa yol qoymadı

Azərbaycanın “dəmir yumruğu” Ermənistana təslim olmaqdan başqa yol qoymadı

Bakı, 11 noyabr, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanat məzmun, mahiyyət, ehtiva etdiyi səbəb və nəticə etibarilə Ermənistanın tam məğlubiyyəti və bizim qələbəmizdir. Hərb meydanında məğlubiyyətini dərk edən işğalçı Ermənistanın siyasi rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin müharibənin ilk günlərindən elan etdiyi şərtləri qəbul etdi, başqa sözlə, kapitulyasiya şərtlərinə razılıq verdi. Prezident İlham Əliyev dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü, zəmanətli “vaxt cədvəli” təqdim etdiyi halda, hərbi əməliyyatlar dayandırıla bilər. İndi Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, yetirməsə də məğlubdur. Yetirsə, bu, öz maksimalist, sülhtanımaz, hüquqbilməz mövqeyindən tamamən geri çəkilməkdir. Qarşı tərəf öhdəliyinə əməl etməzsə, öz etibarsızlığını, qeyri-ciddi dövlət olduğunu bir daha nümayiş etdirmiş olacaq. Bununla da Azərbaycana qarşı hər hansı irad, iddia, ittiham siyasətini davam etdirə bilməyəcək. Ən əsası, güclü Azərbaycan Ordusundan yeni zərbələr alacaq və bu zərbələr, artıq ölümcül hala salınmış Ermənistanın ən son resurslarının, ən son imkanlarının da qarşısıalınmaz, geridönməz dağıntısı demək olacaq. Ermənistan artıq çox yaxşı başa düşür ki, aldatmacalar, hiylələr qətiyyən keçmir: ya məğlubiyyətlə barışmalıdır, ya da ikiqat məğlubiyyətə düçar olmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Birgə bəyanatda Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərdən danışan Q.Paşayeva deyib: “Ermənistan dövləti öhdəlik götürüb ki, qarşıdan gələn 20 gün içində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Paralel olaraq, Rusiya və Türkiyə sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır. Rusiya və Türkiyə silahlı qüvvələri sülhməramlı statusda, məhdud kontingentlə və bəlli müddətə əraziyə yerləşdirilir. Azərbaycan Prezidenti həmişə vurğulayıb ki, müharibənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq (bəyanatın 5-ci bəndinə uyğun şəkildə) birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısının alınacağına dəlalət edir. Xatırladaq ki, artıq Qarabağda qoşunların təmas xətti anlayışı sıfırlanıb. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur. Bir məqam da xüsusi əhəmiyyətlidir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan blokadadan azad olur. Ermənistan öz ərazisi ilə Naxçıvanla Azərbaycanın qərb rayonları arasında zəmanətli, təhlükəsiz dəhlizin yaradılmasını üzərinə götürür”.

Komitə sədri diqqətə çatdırıb ki, məlum birgə bəyanata qədər 44 günlük fəal müharibə yolu keçildi. Azərbaycan Vətən müharibəsində dövlət-xalq birliyi öz təntənəsini yaşadı, zirvə məqamlarla tarixə düşdü, örnək oldu: “Azərbaycan Silahlı Qüvvələri mülki insanlarla müharibə aparmadığını, hərbçinin işinin hərb meydanında olduğunu göstərdi. Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində olmayan ordumuz, hərbi baxımdan Xankəndi və ətraf məntəqələrin götürülməsinin heç də çətin bir vəzifə olmamasına baxmayaraq, Ermənistanın və dünya erməniliyinin gözlədiyi addımı atmadı. Yəni, bədnam erməni təbliğatı məhz bu məqamı gözləyirdi. Gözləyirdi ki, hazır ştativlər üzərindəki çəkiliş kameraları və saxta videolarla Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın, hay-küy salsın. Qarşımızda, özü, 26 fevral 1992-ci ildə Xocalı soyqırımını törətmiş, amma 105 il öncəyə dayalı əsilsiz “erməni soyqırımı” iddiası ilə bütün dünyanı zinhar etmiş bir təfəkkür vardır. Həmin təfəkkürün qurduğu dolaşıq torlara düşməmək, yalnız hərbi deyil, siyasi-diplomatik meydanda da Ermənistana ağır zərbələr vurmaq, hər dövlətin, hər liderin işi deyildi”.

Q.Paşayevanın sözlərinə görə, Prezident İlham Əliyev Ermənistanın bütün zərərli düşüncələrinin, “Qafqazda xristianlığın son qalası” və s. riyakarlıqlarının, özünə imtiyaz və hüquqlar əldə etmək cəhdlərinin qarşısını ustalıqla aldı. Bayaq da vurğuladığımız kimi, Ermənistan elə bir duruma salındı ki, irəli getsə də, geri dursa da bir seçimi qaldı – məğlubiyyət!.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan həmişə rəsmi şəkildə, Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü bildirib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də, Azərbaycan Dağlıq Qarabağda hər iki icmanın birgə yaşayışının mümkünlüyünü vurğulayıb. Monoetnik Ermənistanın sözdə demokrat baş naziri isə birgəyaşayışın qeyri-mümkünlüyündən danışırdı. Sözdə demokrat Paşinyan, çoxmillətli, sivilizasiyalar və mədəniyyətlərarası dialoq ünvanı Azərbaycanı qara rəngdə göstərmək, gözdən salmaqçün əlindən, ağlından, əlaqələrindən gələn hər şeyi etdi, dəridən-qabıqdan çıxdı, amma “dəmir” yumruq qarşısında geri çəkilməyə məcbur oldu. Uğursuz dövlətin uğursuz baş nazirinə indi İrəvanda, əsgərlərinin vaxtilə Qarabağda qazdığı “siçan yuvası”ndan lazımdır. Maksimalist Paşinyan indi nə öz xalqına, öz ölkəsinin siyasilərinə, ictimai fəallarına cavab verə bilir, nə bizim qarşımıza çıxmağa üzü var. Öz aqibətini öz səbatsız addımları ilə cızan Paşinyan, tarixin təkərini geri döndərmək mümkün olsaydı, heç hakimiyyətə gəlməz, oturub “qara piarçılığı” ilə başını girləyərdi.

“Qətiyyətli siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyev bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək, öz prinsipial mövqeyindən dönmədi. Dövlət başçısının dünyanın aparıcı media orqanlarına verdiyi otuza yaxın müsahibə də dünya birliyində ölkəmizə qarşı əsassız hücumları zərərsizləşdirməkdə mühüm rol oynadı. Bir sözlə, Ermənistanın, onun havadarlarının, dünya erməniliyinin işğala və Azərbaycan ərazilərinin tədrici ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən doğma od-ocaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. Bu tarixi nəticə bizlər haqqında “məğlub xalq” əslsiz rəyini sındırdı, xalqımıza özgüvən aşıladı, milli qürurumuzu qabartdı. Vətən müharibəsində qazandığımız qələbə Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB VİDEO

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO