QAN YADDAŞI
Azərbaycanın diaspor təşkilatları 20 Yanvar faciəsi ilə bağlı tədbirlər planı hazırlayıb
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycanın diaspor təşkilatları 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı dünyanın bir sıra ölkələrində müxtəlif formatlı tədbirlər keçirəcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Amerika Birləşmiş Ştatları, Kanada, Latın Amerikası ölkələri, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla, dünyanın bir çox ölkələrində 20 Yanvar faciəsinin qurbanları yad ediləcək. Yanvarın 17-18-dən azərbaycanlıların kompakt yaşadıqları xarici ölkələrdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri və “dəyirmi masa”ların, yürüşlərin keçirilməsi, faciəni əks etdirən videoçarxların və sənədli filmlərin nümayişi nəzərdə tutulur.
Eyni zamanda, bir sıra ölkələrin kütləvi informasiya vasitələrində 20 Yanvar hadisələri ilə bağlı məqalələrın dərci, habelə ictimai-siyasi proqramlarda diaspor nümayəndələrinin çıxışları gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.01.2024 [02:44]
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.01.2024 [16:42]
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
- 26.01.2024 [13:32]
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
- 23.01.2024 [11:00]
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb
- 23.01.2024 [01:15]
Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
- 22.01.2024 [19:16]
İstanbulda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı konfrans keçirilib
- 22.01.2024 [11:05]