Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır

Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır

Bakı, 14 aprel, AZƏRTAC

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasına müəlliflik edən Azərbaycan dünyaya bu reallığı da çatdırdı ki, kimin necə dərk etməsindən asılı olmayaraq beynəlxalq hüquq normaları mövcuddur. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir dövlət bu prinsiplərə əməl etməlidir. Azərbaycan Vətən müharibəsinin davam etdiyi 44 gündə həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlük qazanaraq ermənilərin və onlara havadarlıq edən bəzi dövlətlərin və beynəlxalq təşkilatların illərdir yalan üzərində qurulan təbliğatlarını alt-üst etdi. Dövlətimizin başçısı İlham Əliyev istər Vətən müharibəsinin gedişi dövründə dünyanın nüfuzlu mətbu orqanlarına çoxsaylı müsahibələrində, istər bu il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında, istərsə də aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda sualları cavablandırarkən əvvəlcə hərbi əməliyyatların başlama səbəbləri barədə məlumat verdi, Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını faktlar əsasında göstərdi, Azərbaycan Ordusunun uğurları barədə danışaraq ölkəmizin ərazi bütövlüyünün bərpasının prioritetliyini açıqladı, Azərbaycanın apardığı mübarizənin haqq mübarizəsi olduğunu diqqətə çatdırdı. Ümumiyyətlə, möhtərəm Prezidentimiz bütün nitqlərində ölkəmizin mövqeyini aydın şəkildə ifadə edir, fikirlərinin reallıqlara əsaslandığına əmin olan, qəti mövqe ortaya qoyan qalib Lider kimi çıxış edir. Məhz bu reallıqlar fonunda keçirilən beynəlxalq konfransda dövlətimizin başçısına ünvanlanan suallarda bu ümumiləşdirmə öz əksini tapmışdır ki, Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanıb. Azərbaycan müharibənin hərbi fazasını Şuşadakı Qələbəsindən sonra dayandırmaqla strateji baxış nümayiş etdirib. Müharibə zamanı vurğulanan hədəflər illər boyu aparılmış danışıqların əsas mahiyyətini özündə ehtiva etmişdir. Reallıq budur ki, Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə həm regionda qanlı müharibəyə bais oldu, həm də Azərbaycanla savaşda biabırçı məğlubiyyətə uğradı.»

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Bu gün Azərbaycanın münaqişə səhifəsini artıq bağlanmış hesab etdiyini, regionda daimi sülhün və təhlükəsizliyin təmin olunması üçün yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış etdiyini deyən V.Rəhimzadə vurğulayıb: “Prezident İlham Əliyev aydın şəkildə bəyan edir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və problemə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan münaqişənin davam etdiyi 30 ilə yaxın müddətdə heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayıb və olmayacaqdı. Bununla yanaşı, dövlətimizin başçısı gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində birgə yaşamasının təmin edilməsi üçün körpülərin qurulması istiqamətində zəruri addımların atılmasının vacibliyini bildirir. Cənab İlham Əliyev qeyd olunan konfransda Azərbaycanın müharibə zamanı davranışının Ermənistan tərəfindən düzgün qiymətləndirilməsi ilə bağlı sualı cavablandırarkən bildirmişdir ki, xeyr və bu, çox təəssüf doğuran haldır. “Biz münaqişədən sonrakı inkişafdan danışırıq və gələcək barışığa apara biləcək müəyyən elementlər üzərində diqqətimizi cəmləşdirməliyik”, - söyləyən Prezident onu da əlavə etdi ki, lakin Ermənistanda o qədər uzun müddət dövründə Azərbaycana qarşı demonizasiya siyasəti, uydurmalar, azərbaycanlıların düşmən, Azərbaycanın isə sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq. Erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var. Onlar dəmir pərdə arxasında yaşayır və bu zəhərli ideyaların təsiri altındadırlar. Azərbaycan bu işdə onlara kömək etməyə hazırdır.

Obyektivlik, qərəzsizlik prinsiplərinə söykənərək əksər media orqanlarının təmsilçilərinin suallarında da bu həqiqət öz əksini tapmışdır ki, Ermənistan özü kiçikdir, əhalisi azdır və hətta öz ərazisini məskunlaşdırmaqda belə çətinliklə üzləşir. Bu fonda böyük ərazilərlə bağlı iddialar, əlbəttə ki, ciddi suallar doğurur”.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev beynəlxalq auditoriyada, xarici mediada Dağlıq Qarabağın və münaqişənin tarixi haqqında yanlış fikirlərin və fərqli yanaşmaların olduğunu nəzərə alaraq, faktlar əsasında tarixi gerçəklik barədə qısa, lakin müfəssəl məlumat verərək hazırkı postmüharibə dövründə əməkdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

V.Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının parlaq nümunəsini ortaya qoyur. “Dövlətimizin başçısının bu yanaşması vətənpərvərliyin, ali vəzifə kimi Azərbaycanın milli maraqlarının müdafiəsi və təbliğinin hər bir vətəndaş üçün prioritet vəzifə olduğunu aydın şəkildə nümayiş etdirir. Bir sözlə, dövlətimizin başçısı İlham Əliyevin müsahibələrinin, çıxışlarının fonunda beynəlxalq auditoriya Azərbaycan rəhbərinin simasında təcrübəli, gözəl nitq qabiliyyətinə malik, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünəinamlı, dünya səviyyəli Lider görür. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə dünyanın 30-a yaxın aparıcı media qurumlarına müsahibələri və müxtəlif beynəlxalq tədbirlərdə videoformatda çıxışları, bəyanatları, xarici jurnalistlərlə 4 saatlıq mətbuat konfransı, aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, habelə mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, o, təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir”, - deyə siyasi elmlər doktoru vurğulayıb.

“Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət amilləri üzərində qurulub”, - söyləyən baş redaktor vurğulayıb ki, Prezident İlham Əliyev hər zaman hücum diplomatiyasının davam etdirilməsini qarşıya əsas hədəf kimi qoyur. Dünyada ermənilərin, ermənipərəst qüvvələrin, ölkəmizin uğurlarını həzm etməyən anti-Azərbaycan dairələrin dezinformasiyalarına, əsassız iddialarına qarşı həqiqətlərimizi qoymalı, faktlara əsaslanan təbliğatımızla bu cəhdlərin qarşısını almalıyıq. Azərbaycan bunun üçün bütün imkanlardan maksimum istifadə edir. Dost və qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanması, Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək səviyyəli rəsmilərinin 3-cü toplantısı çərçivəsində müzakirələrdə hazırkı dövrün reallıqlarının düzgün dəyərləndirilməsi üçün birgə addımların atılmasına böyük ehtiyacın olduğunun bildirilməsi də bunun təsdiqidir. Birmənalı şəkildə demək olar ki, istər müharibə dövründə, istərsə də postmünaqişə mərhələsində cənab İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır. Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzMİU-nun müəllim və tələbələri Belçikada pilot tədris həftəsində iştirak ediblər

Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib

Dövlət Su Ehtiyatları Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq

® Balaxanı Əməliyyat Şirkətinin rəhbər və işçi heyəti İlaxır çərşənbəsini qeyd edirlər

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

Britaniyanın rəsmi sikkəsində “Ulduz müharibələri” filmindən “Minilliyin şahini” təsviri yer alıb

Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ideal məkana çevirir – RƏY

BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət olunub

BMU-da əcnəbi tələbələr üçün “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib

Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir

BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

Ağalı sakinləri İlaxır çərşənbəni qeyd ediblər FOTO

Akademik: Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır

® “Coca-Cola” gəncləri Novruz bayramı münasibətilə təbrik etdi

® Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul olub

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək