İDMAN


Azərbaycanın dörd güləşçisi dünya çempionatında təsəlliverici görüşə çıxacaq

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-də Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatı start götürüb.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram cəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

Güləşçimiz Mahir Məmmədzadə ilk görüşdə yapon idmançıya müqavimət göstərə bilməyib. Rəqibin finala yüksəlməsi təmsilçimizə təsəlliverici görüşə vəsiqə verib.

Yığmanın aparıcı güləşcilərindən sayılan Turan Bayramov ilk mərhələdə gürcü rəqibinə xal vermədən qalib gəlib - 6:0. Gənclər arasında Avropa çempionu səkkizdəbir finalda ABŞ idmançısından 9:1 hesabı ilə üstün olub. Gəncə güləş məktəbinin yetirməsinin dörddəbir finalda iranlı pəhləvan ilə görüşü gərgin keçib. T.Bayramov 7:1 öndə olsa da, son dəqiqədə böyük üstünlüyü əldən verib və məğlub olub. Rəqib finala çıxdığı üçün Turan təsəlliverici görüşdə mübarizəni davam etdirəcək.

Digər idmançımız Əşrəf Aşırov mundiala inamlı start verib. Pəhləvanımız elə ilk hissədə İsrail təmsilçisini 11:0 hesabı ilə məğlub edib. Ə.Aşırov daha sonra ABŞ güləşçisini mübarizədən kənarlaşdırıb. O, dörddəbir finalda gənclər arasında son Avropa çempionu olmuş moldovalı rəqibinə minimal fərqlə yenilib. Moldova təmsilçisi finaladək irəlilədiyi üçün pəhləvanımız təsəlliverici görüşdə qüvvəsini sınayacaq.

Abubakr Abakarov isə təsnifat mərhələsində ABŞ təmsilçisindən 5:3 hesabı ilə güclü olub. Ancaq o, Rusiya güləşçisiylə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb - 3:5. Rəqibin finala vəsiqə qazanması pəhləvanımıza təsəlliverici görüşə çıxmaq imkanı verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.