CƏMİYYƏT


Azərbaycanın dövlət bayrağı İğdırın ən yüksək zirvəsində dalğalanacaq

Ankara, 11 sentyabr, AZƏRTAC

Azərbaycanın dövlət bayrağı Türkiyənin İğdır vilayətində yerləşən Təkaltı dağında dalğalanacaq və Milli Qəhrəmanı Mübariz İbrahimovun portreti zirvəyə yerləşdiriləcək.

AZƏRTAC xəbər veri ki, bu münasibətlə sentyabrın 16-da İğdırın mərkəzindən Təkaltı dağına izdihamlı yürüş təşkil olunacaq. Ertəsi gün isə rəsmi şəxlərin iştirakı ilə qəhrəmanlıq mövzusunda konfrans keçiriləcək.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı baş konsulluğunun dəstəyi əsasında keçiriləcək tədbirlər Azərbaycan və Türkiyə arasında qardaşlığı təbliğ etmək, o cümlədən gənc nəsildə milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədi ilə təşkil olunacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.