ELM VƏ TƏHSİL


Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndərin müdrik siyasəti nəticəsində əbədiləşdirilib

Bakı, 11 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində professor-müəllim heyətinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə fakültənin dekanı Zaur Əliyev çıxış edərək Ulu Öndərin hər bir azərbaycanlı üçün örnək olan şərəfli həyat yolundan bəhs edib. Bildirib ki, müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyi Ulu öndərin müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi sayəsində ərazi bütövlüyümüz təmin olunub. Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyev ideyaları, onun formalaşdırdığı inkişaf strategiyası dayanır. Ulu Öndərin zamanın fövqündə duran müdrikliyi ilə böyük həyat və idarəetmə təcrübəsinin vəhdəti onu iki əsrin dahisinə çevirib.

Zaur Əliyev qeyd edib ki, Ümummilli Liderin əsasını qoyduğu xeyirxahlıq missiyası bu gün dahi şəxsiyyətin adını daşıyan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək, yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Bu gün Qarabağda quruculuq işləri sürətlə davam etdirilir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başlanıb. Düşməndən azad edilən Suqovuşana və Talışa gedən yolun çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri “Zəfər yolu”nun təməlinin qoyulması ilə yadda qalıb. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirib.

Daha sonra tədbir professor-müəllim heyətinin çıxışları ilə davam edib.

Tədbirdə Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri professor Məsumə Məlikova, Beynəlxalq ümumi hüquq kafedrasının müdiri professor Rüstəm Məmmədov, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri professor Kamil Səlimov, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Əqli mülkiyyət hüququ kafedrasının müdiri Aydın Səfixanlı və fakültənin 2-ci kurs tələbəsi Cavid Mirzəzadə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.