CƏMİYYƏT


“Azərbaycanın dövlətçilik ənənələri tarixi prizmada” mövzusunda onlayn görüş keçirilib

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə “Azərbaycanın dövlətçilik ənənələri tarixi prizmada” mövzusunda onlayn görüş keçirilib.

Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, “Facebook” vasitəsilə canlı yayımlanan görüşdə Fondun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, departament müdiri Tahirə Allahyarova çıxış ediblər.

Çıxış edənlər Azərbaycanın qədim və zəngin dövlətçilik ənənələrinə malik olduğunu vurğulayıb, dövlətçiliyimizin formalaşması və inkişaf tarixindən bəhs ediblər. Xüsusilə qeyd olunub ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlətçiliyin müasir modeli yaranıb, hüquqi, demokratik, iqtisadi cəhətdən qüdrətli dövlətin formalaşması istiqamətində mühüm addımlar atılıb. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən daxili və xarici siyasət məhz milli dövlətçiliyimizin daha da möhkəmlənməsinə və milli maraqlarımızın ən yüksək səviyyədə təmin olunmasına yönəlib.

Onlayn görüşə qoşulanlar müzakirələrdə fəal iştirak edərək suallar ünvanlayıblar.

Sonda gənclər üçün intellektual müsabiqə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.