Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanın dövlətçilik tarixinə həsr olunmuş beynəlxalq elmi konfransda 90-dan çox məruzə dinlənilib

Gəncə, 30 iyun, Rauf Hacıyev, AZƏRTAC

“Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda Gəncə şəhərində keçirilən beynəlxalq elmi-praktik konfrans işini yekunlaşdırıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdikləri konfransın açılışı Heydər Əliyev Mərkəzində keçirilib.

Konfransda Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi, tarix üzrə fəlsəfə doktoru, professor Dilarə Seyidzadə, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, respublikamızda fəaliyyət göstərən bir çox elm və təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm xadimləri iştirak ediblər. Həmçinin 20 ölkədən (Rusiya, Pakistan, Hindistan, Gürcüstan, Misir, Özbəkistan, Şimali Kipr, Ukrayna, Belarus, Moldova, Polşa, Albaniya, Qazaxıstan və sair) ümumilikdə 40-a yaxın tarixçi-alim də beynəlxalq konfransda təmsil olunub.

Konfransın bölmələr üzrə elmi məruzələri hazırda Azərbaycan Dövlət Aqrar Universitetin əsas binası olan, vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk iclaslarının keçirildiyi məkanda dinlənilib.

Üç gün ərzində davam edən konfransda 91 yerli və xarici ölkə alimlərinin Azərbaycan Xalq Cümhuriyyətinin ayrı-ayrı sahələrinə dair elmi məruzələri, həmçinin yeni mənbələr və arxiv sənədləri əsasında təqdim etdikləri araşdırmalar, səsləndirilən bir çox tarixi faktlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov son illər Azərbaycanda elmin bütün sahələri kimi tarix elminin də inkişaf etdiyini, tarixçi alimlərin səyi ilə aparılan elmi araşdırmalar nəticəsində qiymətli elmi faktların aşkarlandığını söyləyib.

Yaqub Mahmudov deyib ki, qısa müddətdə AMEA-nın Tarix İnstitutunda Azərbaycan tarixinin müxtəlif dövrlərini, xüsusən 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra böyük imperiyaların işğalçılıq siyasəti nəticəsində xalqımızın başına gətirilən faciələri, 20-ci əsrin əvvəllərindən başlayaraq çar Rusiyasının havadarlığı ilə erməni-daşnak qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarını, deportasiya və işğal kimi dəhşətli tarixi gerçəklikləri özündə əks etdirən çoxsaylı elmi əsərlər yazılıb və müxtəlif dillərdə nəşr olunub.

Məlumat verilib ki, tarixi həqiqətlərə əsaslanaraq və milli maraqlar nəzərə alınaraq, Azərbaycan tarix elminin yeni-yeni elmi əsərlərlə zənginləşdirilməsinin vacibliyi istiqamətində Prezident İlham Əliyevin verdiyi tapşırıqlara əsasən Tarix İnstitutu bu illər ərzində yeddi cildlik “Azərbaycan tarixi”, həmçinin “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, “Azərbaycanın beynəlxalq münasibətlər və diplomatiya tarixi”, “1991-2016-cı illər Azərbaycan Respublikasının Tarixi”, “İrəvan tarixi”, “Naxçıvan tarixi” kitablarını nəşr edib. Eləcə də Bakı, Quba, Şamaxı, Qarabağ, Naxçıvan və Zəngəzurda həyata keçirilən soyqırımlarına həsr edilmiş araşdırmalar, eləcə də orta əsr müəlliflərinin Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixi barədə əsərləri tərcümə edilərək geniş oxucu auditoriyasına çatdırılıb. Yaxın vaxtlarda isə “Zəngəzur tarixi” kitabı işıq üzü görəcək.

Tarix üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Xalq Cümhuriyyəti tarixi problemini milli tarixşünaslığımıza gətirən görkəmli alim, Prezident Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə hələ Azərbaycanın SSRİ-nin tərkibində olduğu illərdə Cümhuriyyət tarixinin araşdırılmasına cəhd göstərilməsini milli tarixşünaslıq elmimiz üçün böyük nailiyyət kimi dəyərləndirib.

Bildirilib ki, XX əsrin əvvəllərində dərin siyasi və iqtisadi böhran keçirən çar Rusiyasında elm, texnika və texnologiya zəif inkişaf etsə də, bir çox sahələrdə olduğu kimi, ali təhsildə də imperiyaya tərkibinə daxil olan xalqların nümayəndələrinə, xüsusən türk-müsəlman əhalisinə etimad göstərilmirdi. Mütləqiyyətin yaratdığı çətinliklərə baxmayaraq, dövrün açıq fikirli gəncləri və onların mənsub olduqları zadəgan ailələri övladlarının savadlanmasına, əsasən də ali təhsil almasına böyük səy göstərirdilər.

Professor Dilarə Seyidzadə qeyd edib ki, XIX əsrin ikinci yarısında Bakı və onun ətrafındakı neft yataqlarının yerli və xarici sahibkarlar tərəfindən istismar edilməsinə başlanıldı. Həmin dövrdən etibarən yeni neft quyularının qazılması, texnoloji yeniliklərin tətbiqi, eləcə də neft sənayesinin inkişafı üçün geniş infrastrukturun qurulmasının zəruriliyi ixtisaslı gənc kadrlara tələbatı artırırdı. Həmçinin neft satışından gələn gəlirlər hesabına iri həcmli kapitala malik olan milli burjuaziya həm yaratdıqları yeni istehsal və xidmət sahələrində işləyə biləcək ixtisaslı gənc kadrlara böyük ehtiyac hiss edirdi, həm də özləri Azərbaycanda elmin, təhsilin və mədəniyyətin inkişafı istiqamətində təşəbbüsləri dəstəkləyərək həmin sahələrin inkişafına maliyyə yardımı göstərirdi. Məhz bu iki amil və digər səbəblər sonrakı dövrlərdə Azərbaycan gənclərinin Rusiyanın və Avropanın qabaqcıl universitetlərində təhsil almasına və dövrün ziyalı gəncləri kimi yetişməsinə səbəb oldu.

Daha bir maraqlı faktı konfrans iştirakçılarının diqqətinə çatdıran professor Dilarə Seyidzadə vurğulayıb ki, çar Rusiyasının türk-müsəlman gənclərə etimadsızlığı və onların öz istəklərinə uyğun ixtisas seçimindən kənarda qalması səbəbindən azərbaycanlı gənclər əsasən hüquq təhsilinə meyil edirdilər. Elə bu amil də sonrakı illərdə mütləqiyyətin milli ucqarlardakı işğalçılıq planlarının əksinə olaraq, çar üsul-idarəsinin inqilab yolu ilə devrilməsindən sonra Azərbaycanda demokratik dəyərlərin bərqərar edilməsini, xalqın etimadına və hakimiyyətin bölgü prinsipinə əsaslanan hüquqi, dünyəvi, demokratik və parlament ənənəsinə əsaslanan mütərəqqi dövlətin yaradılmasını şərtləndirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında milli ziyalıların fədakar əməyini diqqətə çatdıran professor Dilarə Seyidzadə qeyd edib ki, Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Xəlil bəy Xasməmmədov kimi ziyalıların siyasi fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmayıb. Çünki bu şəxslər siyasi fəaliyyətə başladıqları ilk gündən çar Rusiyasının milli ucqarlardakı siyasətini, xüsusən imperiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi ayrı-seçkilik və soyqırımı siyasətini tənqid edirdilər. İstər İsmayıl xan Ziyadxanovun Rusiya Dövlət Dumasında cəsarətli çıxışı, istərsə də Əlimərdan bəy Topçubaşovun Rusiya imperiyasının türkdilli və müsəlman əhalisinin hüquqlarının tanınması və həmin millətlərin siyasi cəhətdən maariflənməsi istiqamətindəki fəaliyyəti mühüm əhəmiyyət kəsb edib.

“Azərbaycan Xalq Cümhuriyyəti dövrü hər bir azərbaycanlının qürur mənbəyidir. Hazırda dünyanın demokratik ölkələri hələ 100 il bundan əvvəl Azərbaycan xalqının demokratik inkişaf yolu seçdiyinə, bütün Şərq aləmində ilk dəfə parlamentli respublika yaratdığına və qadınlara kişilərlə bərabər seçki hüququ verdiyinə, siyasi fəaliyyəti dövründə bir çox mütərəqqi addımlar atdığına, nəhayət, müasir Azərbaycan Respublikasının özünü Cümhuriyyətin siyasi varisi elan etdiyinə görə bizə sivil dünyanın siyasi-mədəni inkişafına böyük töhfələr bəxş etmiş xalqı kimi yanaşırlar”, - deyə Dilarə Seyidzadə bildirib.

Sonra bir çox Azərbaycan və xarici ölkə alimlərinin məruzələri dinlənilib.

Sonda konfransda maraqlı məruzələrlə çıxış edən xarici ölkə alimlərinə sertifikatlar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır