SİYASƏT


Azərbaycanın dünyanın iqtisadi həyatında mühüm rolu barədə Avropa Şurası Nazirlər Komitəsində müzakirələr aparılacaq

Strasburq, 1 oktyabr, AZƏRTAC

Avropa Şurası öz fəaliyyətində və üzv dövlətlərlə münasibətlərində, başlanğıcdan müəyyənləşmiş ali prinsiplərini həyata keçirməkdə yeni mərhələni yaşamaqdadır. Müasir dövr və cərəyan edən proseslər yeni yanaşmalar tələb edir. Üzv dövlətlərin yaxınlaşması, siyasi və humanitar problemlərin həllinə ortaq baxışların formalaşması üçün müştərək iqtisadi layihələr təkanverici amil kimi getdikcə daha çox ortaya çıxır. Azərbaycan bu baxımdan son illərdə həyata keçirdiyi ümumavropa və dünya əhəmiyyətli bir çox enerji və nəqliyyat layihələri ilə mühüm mövqe tutur. Bakı-Supsa, Bakı Novorossiysk, eləcə də Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum, Transanadolu Qaz Boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər qlobal layihələri reallaşdıraraq, Azərbaycan Avropanın tərəqqisi və enerji təhlükəsizliyi təminində ən önəmli fiqurlardan birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Rafael Hüseynovun Avropa Şurası Nazirlər Komitəsinə yazılı şəkildə ünvanlandığı sualda yer alıb.

“Avropa ölkələrin yaxınlaşması, onların əməkdaşlığı və tərəfdaşlığının daha da dərinləşməsi üçün həyati əhəmiyyət daşıyan belə iqtisadi fonun ciddi siyasi mənası və yükü olmasının əminliyini nəzərə alaraq, Avropa Şurası Nazirlər Komitəsi belə proseslərdə özünün qoruyucu, dəstəkləyici, əlaqələndirici funksiyalarını tətbiq etməklə hansı töhfələr verməyə hazırdır?

Eyni zamanda, belə sağlam əməkdaşlıq mühitinin üzv dövlətlər arasında siyasi və humanitar problemlərin həllinə kömək göstərməsindən ötrü və qarşılıqlı anlşamanı daha artıq bərqərar etmək üçün Nazirlər Komitəsi öz tərəfindən hansı zəruri addımları atmağı məqsədəuyğun hesab edir?”,-deyə R. Hüseynov sualla müraciət edib.

Qeyd edək ki, AŞPA parlamentariləri Nazirlər Komitəsinə yazılı sualla müraciət edirlər. Suallar müzakirə edildikdən sonra, cavabla birlikdə çap edilərək Assambleya üzlərinə çatdırılır. Azərbaycanlı deputatın Azərbaycanın Avropa və dünyanın iqtisadi həyatında oynadığı mühüm rola dair sualı “Avropa Şurasına üzv dövlətlər arasında iqtisadi yaxınlşamanı təmin edən qlobal layihələrin siyasi proseslərə səmərəli təsir imkanları” adlı 15372 saylı sənəd kimi qəbul edilib və növbəti sessiyada cavabla birlikdə parlamentarilərə çatdırılacaq.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.