İQTİSADİYYAT


Azərbaycanın elektrik enerjisi ixracı 2 dəfəyədək artıb

Bakı, 14 noyabr, AZƏRTAC

Bu ilin ilk on ayında Azərbaycandan 843 milyon 841 min kilovat/saat elektrik enerjisi ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yanvar-oktyabr aylarında ölkənin elektrik enerjisi ixracı 2016-cı ilin analoji dövrü - 449 milyon 938 min kilovat/saat ilə müqayisədə təxminən 2 dəfəyədək artıb.

Hesabat dövründə ixrac olunan elektrik enerjisinin dəyəri isə 37 milyon 259 min ABŞ dolları təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.