İQTİSADİYYAT


Azərbaycanın elektrik enerjisi ixracı artıb

Bakı, 18 fevral, AZƏRTAC

Yanvarda Azərbaycanın elektrik enerjisi ixracı artıb.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ötən ay ölkədən 248 milyon 475 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 11 milyon 116 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin ilk ayında Azərbaycandan 60 milyon 611 min kilovat/saat elektrik enerjisi ixrac edilib, həmin ixracın dəyəri isə 2 milyon 566 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.