İQTİSADİYYAT


Azərbaycanın ən çox məhsul aldığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin adları açıqlanıb

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycanın yanvar-iyun aylarında ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Türkmənistan qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Türkiyədən idxalın dəyəri 739 milyon 534 min ABŞ dolları, İrandan 137 milyon 465 min, Türkmənistandan isə 49 milyon 87 min dollar təşkil edib.

Azərbaycan keçən ilin müvafiq dövrünə nisbətən Türkiyədən idxalı artırıb, Türkmənistan və İrandan isə azaldıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.