İQTİSADİYYAT


Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin adları açıqlanıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Cari ilin 8 ayında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, İran və Qazaxıstan olub.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlara əsasən xəbər verir ki, hesabat dövründə ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 2 milyard 714 milyon 88 min ABŞ dolları, İranla 367 milyon 617 min dollar, Qazaxıstanla isə 168 milyon 273 min dollar təşkil edib. Hər üç ölkə ilə ticarət dövriyyəsi ötən ilin eyni aylarına nisbətən artıb. Artım Türkiyə ilə 628 milyon 192 min dollar, İranla 169 milyon 324 dollar, Qazaxıstanla ilə 16 milyon 449 min dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.