İQTİSADİYYAT


Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin adları açıqlanıb

Bakı, 26 noyabr, Elvin Camalov, AZƏRTAC

Yanvar-oktyabr aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, Tunis və İran olub.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlara əsasən xəbər verir ki, ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 3 milyard 591,6 milyon min ABŞ dolları, Tunislə 296,2 milyon dollar, İranla isə 274 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən Tunislə ticarət dövriyyəsi artıb, Türkiyə və İran ilə azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.